earth-for-language az
Qeydiyyat
Qeydiyyat

Aprelin 21-də İstanbul Elektrik və Elektronik İxracatçıları Birliyinin (TET) nümayəndə heyəti Azərbaycan-Türkiyə İş Adamları Birliyinin qonağı olub.

aprelin-21-de-istanbul-elektrik-ve-elektronik-ixracatcilari-birliyinin-tet-numayende-heyeti-azerbaycan-turkiye-is-adamlari-birliyinin-qonagi-olub-1

Aprelin 21-də İstanbul Elektrik və Elektronik İxracatçıları Birliyinin (TET) nümayəndə heyəti Azərbaycan-Türkiyə İş Adamları Birliyinin qonağı olub.

TET İdarə Heyətinin üzvü Devrim Eroğlu, Birliyin üzvləri Ali Kaldırımcı və Uğur Adıgüzeldən ibarət heyəti ATİB İdarə Heyəti sədrinin müavini Tahsin Gündem qəbul edib.

İlk olaraq Tahsin Gündem Azərbaycan-Türkiyə İş Adamları Birliyinin fəaliyyəti barədə ətraflı məlumat verib. Sahibkarlıq mühitinin inkişafı istiqamətində türk iş adamları ilə yerli biznes subyektləri arasında işgüzar əlaqələrin genişləndirilməsinin ATİB-in əsas prioritetlərindən olduğunu vurğulayan sədr müavini eyni zamanda Birliyin iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin möhkəmləndirilməsinə də mühüm töhfə verdiyini diqqətə çatdırıb.

İstanbul Elektrik və Elektronik İxracatçıları Birliyi İdarə Heyətinin üzvü Devrim Eroğlu öz növbəsində Birliyin fəaliyyət istiqamətləri barədə məlumat verib. O, 30 ildən artıqdır ki fəaliyyət göstərən TET-in ölkənin ixrac potensialının artırılmasında və Türkiyənin elektrik-elektronika sektorunun məhsullarının mövqeyinin beynəlxalq bazarlarda güclənməsində vacib rol oynadığını bildirib.

Tanışlıqdan sonra tərəflər arasında Azərbaycanda xarici investorlar üçün mövcud investisiya imkanları, biznes mühiti, sahibkarlıq fəaliyyəti üçün yaradılan şərait və gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Sonda ATİB İdarə Heyəti sədrinin müavini Tahsin Gündemə İstanbul Elektrik və Elektronik İxracatçıları Birliyi adından xatirə hədiyyəsi təqdim edilib.

Paylaş
Baxış sayı:
Baxış sayı
7
Tarix:
Tarix
21/04/2026
WhatsApp icon