Aprelin 24-də Batı Akdeniz Sanaye və İş Dünyası Federasiyası (BAKSİFED) İdarə Heyətinin sədri Mustafa Cengizin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan-Türkiyə İş Adamları Birliyinin qonağı olub.
İlk olaraq nümayəndə heyətinə ATİB-in fəaliyyəti barədə məlumat verən ATİB İdarə Heyətinin sədri Mürsəl Rüstəmov Birliyin bu günədək türk iş adamları ilə əməkdaşlığı və onların yerli bizneslər arasında əlaqələrin inkişaf etdirilməsində oynadığı roldan bəhs edib.
Görüş çərçivəsində Azərbaycan və Türkiyə arasında ticarət əlaqələrinin inkişaf etdirilməsi, investisiya imkanlarının dəyərləndirilməsi və iş dünyası arasında əməkdaşlığın artırılması mövzularında səmərəli müzakirələr aparılıb.
Daha sonra ATİB İdarə Heyətinin sədri Mürsəl Rüstəmova BAKSİFED tərəfindən xatirə hədiyyəsi təqdim edilib.