Azərbaycan-Türkiyə İş Adamları Birliyi aztəminatlı ailələrə maddi dəstək olmaq və onların Ramazan bayramını müvafiq şəkildə qeyd etmələrinə vəsilə olmaq məqsədilə "Bayram sovqatı" kampaniyası həyata keçirib. Kampaniya çərçivəsində martın 29-da Bakı və Sumqayıt şəhərlərində yaşayan ailələrə ərzaq qutuları təqdim edilib.