Nəzərinizə çatdırırıq ki, 11.07.2025 tarixindən etibarən Birliyin Baş Katibi - dəyərlimiz Gülnar Şirinova öz arzusu ilə ATİB-dəki fəaliyyətini sonlandırmışdır.
Gülnar xanım Birliyimizdə çalışdığı müddət ərzində ATİB-in faydası üçün öz bilik və bacarıqlarını əsirgəməmiş, həm ATİB üzvləri, həm də Komandamızla yüksək səviyyədə peşəkar ünsiyyət qurmuş və saxlamışdır.
Gülnar xanıma ATİB Katibliyi, eləcə də üzvlər adından dərin təşəkkürümüzü bildirir, gələcək fəaliyyətində uğurlar arzulayırıq.
Əziz Gülnar xanım, ATİB-ə qatdığınız dəyər və verdiyiniz töhfələrə görə minnətdarıq!
#ATİB