Aprelin 6-da Nizami Kino Mərkəzində “İrəvan xalçalarında ilmələrin rəqsi” bədii-sənədli filminin təqdimat mərasimi keçirilib. Tədbirdə Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) rəhbərliyi və üzvləri xüsusi iştirak ediblər. ATİB-in İdarə Heyətinin sədri Mürsəl Rüstəmov, Birliyin fəal üzvləri Şirzad Mustafayev və Orxan Hüseyn təqdimatda iştirak edərək, mədəni irsimizin qorunub saxlanılmasına dəstək məsajını çatdırıblar.
Mərasimdə həmçinin millət vəkilləri, dövlət rəsmiləri, sənət və ictimaiyyət nümayəndələri iştirak ediblər. Filmin təqdimatından əvvəl Milli Məclisin sədr müavini Musa Qasımlı İrəvanın tarixi irsinin öyrənilməsinin əhəmiyyətindən danışıb. “Qeyd-Sosial Maarifləndirmə” İctimai Birliyinin Baş katibi Aysel Tahirova isə layihənin Azərbaycan xalçaçılıq sənətinin tanıdılmasındakı rolunu vurğulayıb.
Tədbirin sonunda ATİB nümayəndələri də daxil olmaqla, mədəni irsin təbliğində xidmətləri olan şəxslər təltif ediliblər.