earth-for-language az
Qeydiyyat
Qeydiyyat

ATİB-in növbəti ənənəvi işgüzar səhər yeməyi 12 iyun 2025-ci ildə keçirildi

atib-in-novbeti-enenevi-isguzar-seher-yemeyi-12-iyun-2025-ci-ilde-kecirildi-1
atib-in-novbeti-enenevi-isguzar-seher-yemeyi-12-iyun-2025-ci-ilde-kecirildi-2
atib-in-novbeti-enenevi-isguzar-seher-yemeyi-12-iyun-2025-ci-ilde-kecirildi-3
atib-in-novbeti-enenevi-isguzar-seher-yemeyi-12-iyun-2025-ci-ilde-kecirildi-4
atib-in-novbeti-enenevi-isguzar-seher-yemeyi-12-iyun-2025-ci-ilde-kecirildi-5
atib-in-novbeti-enenevi-isguzar-seher-yemeyi-12-iyun-2025-ci-ilde-kecirildi-6
atib-in-novbeti-enenevi-isguzar-seher-yemeyi-12-iyun-2025-ci-ilde-kecirildi-7
atib-in-novbeti-enenevi-isguzar-seher-yemeyi-12-iyun-2025-ci-ilde-kecirildi-8
atib-in-novbeti-enenevi-isguzar-seher-yemeyi-12-iyun-2025-ci-ilde-kecirildi-9
atib-in-novbeti-enenevi-isguzar-seher-yemeyi-12-iyun-2025-ci-ilde-kecirildi-10
atib-in-novbeti-enenevi-isguzar-seher-yemeyi-12-iyun-2025-ci-ilde-kecirildi-11
atib-in-novbeti-enenevi-isguzar-seher-yemeyi-12-iyun-2025-ci-ilde-kecirildi-12
atib-in-novbeti-enenevi-isguzar-seher-yemeyi-12-iyun-2025-ci-ilde-kecirildi-13
atib-in-novbeti-enenevi-isguzar-seher-yemeyi-12-iyun-2025-ci-ilde-kecirildi-14
atib-in-novbeti-enenevi-isguzar-seher-yemeyi-12-iyun-2025-ci-ilde-kecirildi-15
atib-in-novbeti-enenevi-isguzar-seher-yemeyi-12-iyun-2025-ci-ilde-kecirildi-16
atib-in-novbeti-enenevi-isguzar-seher-yemeyi-12-iyun-2025-ci-ilde-kecirildi-17
atib-in-novbeti-enenevi-isguzar-seher-yemeyi-12-iyun-2025-ci-ilde-kecirildi-18
atib-in-novbeti-enenevi-isguzar-seher-yemeyi-12-iyun-2025-ci-ilde-kecirildi-19

12 iyun 2025-ci il tarixində Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) növbəti ənənəvi işgüzar səhər yeməyi baş tutub. Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Prof. Dr. Birol Akgün, Şimali Kipr Türk Respublikasının İqtisadiyyat və Enerji naziri Olqun Amcaoğlu, millət vəkili Vüqar Bayramov, Qarabağ Dirçəliş Fondunun İdarə Heyəti sədrinin müşaviri Rəşad Qasımzadə, Türkiyə Səfirliyinin İkinci Katibi Levent Kızılbağlı, Ticarət Baş Müşaviri Murat Yaman, Şimali Kipr Türk Respublikasının Bakıdakı nümayəndəliyinin müşaviri Ulaş Kıvılcım, ATİB İdarə Heyətinin və üzvlərinin iştirak etdiyi tədbirdə, Birliyə yeni daxil olmuş üzvlərin təqdimatı da olub.
ATİB İdarə Heyətinin sədri Mürsəl Rüstəmov çıxışında üzvlər arasında əməkdaşlığın inkişafına diqqət çəkib və dövlət qurumlarının bu tip tədbirlərdə iştirakının sahibkarlıq mühitinə müsbət təsir etdiyini qeyd edib.
Çıxış edən qonaqlar – Səfir Prof. Dr. Birol Akgün, nazir Olqun Amcaoğlu, millət vəkili Vüqar Bayramov və müşavir Rəşad Qasımzadə – ATİB-in “bir millət, iki dövlət” prinsipinə sadiqliyini və iqtisadi fəallığın təşviqindəki rolunu yüksək qiymətləndiriblər.
Tədbir çərçivəsində Qarabağ Dirçəliş Fondunun Fandreyzing və Kommunikasiya şöbəsinin müdiri Pərvin Bağırova fondun layihələri və özəl sektorla əməkdaşlıq imkanları haqqında təqdimatla çıxış edib.
Sonda ATİB-ə yeni qəbul edilmiş üzvlərə üzvlük plaketləri təqdim olunub.

Paylaş
Baxış sayı:
Baxış sayı
289
Tarix:
Tarix
12/06/2025
WhatsApp icon