Martın 6-da "İnsun" Yaşam Mərkəzində Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) İşgüzar Qadınlar Klubunun 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr edilmiş növbəti görüşü keçirilib.
"Stressin qadın həyatına təsiri" mövzusunda təşkil olunan tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Aytəkin Hacıyeva, ATİB İdarə Heyətinin üzvü Nigar Ələsgərova, sahibkar qadınlar və ATİB üzvü şirkətlərin qadın əməkdaşları iştirak ediblər.
Görüş zamanı "İnsun" Yaşam Mərkəzinin mütəxəssisləri Xədicə Həbibullayeva və Fuad Sofizadə müasir həyat tərzinin və işgüzar mühitin insan sağlamlığına təsiri, stressin idarə olunması və azaldılması yolları barədə təqdimatlar ediblər. Tədbir iştirakçılarının sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb.