2025-ci il iyunun 4-də Azərbaycan-Türkiyə İş Adamları Birliyinin İdarə Heyətinin sədri Mürsəl Rüstəmovun başçılıq etdiyi nümayəndə heyəti Bakı Ekspo Mərkəzində keçirilən 22-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi və 30-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisini ziyarət ediblər.
ATİB üzvləri “CJ-ICM Logistika Azərbaycan”, “166 Yükdaşıma və Logistika”, “Abşeron Logistika Mərkəzi” 22-ci Xəzər Nəqliyyat Sərgisində, “Kolin İnşaat Turizm Sanayi ve Ticaret A.Ş.” isə 30-cu Neft və Qaz Sərgisində təmsil olunurlar.
ATİB nümayəndə heyəti ziyarət zamanı üzv şirkətlərin stendlərinə baş çəkib, eləcə də “IKRA Logistika”, “SSA Azərbaycan”, STP Şirkətlər Qrupu, “ALCO Lubricant” MMC kimi digər şirkətlərin məhsulları ilə tanış olub, sərgi iştirakçılarına uğurlar arzulayıb.