earth-for-language az
Qeydiyyat
Qeydiyyat

ATİB və üzvləri 18 iyun 2025-ci il tarixində keçirilən “6-cı Yerli Şirkətlərin Tanıtım Sərgisi”ndə iştirak etdilər

18 iyun 2025-ci il tarixində Bakı Ekspo Mərkəzində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı ilə “6-cı Yerli Şirkətlərin Tanıtım Sərgisi” keçirilib. Açılış mərasimində Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin sədri Mürsəl Rüstəmov, İdarə Heyətinin üzvləri, üzv şirkətlərin nümayəndələri və Katiblik əməkdaşları iştirak ediblər.

Sərgidə həmçinin Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəliyinin üçüncü katibi Görkem Reis və Şimali Kipr Gənc İş Adamları Dərnəyinin nümayəndə heyəti də iştirak edib. Açılışda çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov və digər rəsmilər bu cür sərgilərin yerli biznesin tanıdılması və şəbəkələşməsi üçün əhəmiyyətindən danışıblar.

Azərbaycan-Türkiyə İş Adamları Birliyinə üzv olan “Hanoğlu Baklava & Lokum”, “Tonuby Group”, “İstanbul Reklam Market”, “166 Yükdaşıma və Logistika”, “Gültekin Logistics”, Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Ulduz” şokolad fabriki, “Fotoxalça” və “İnci Group of Companies” sərgidə öz məhsul və xidmətlərini nümayiş etdiriblər. Tədbir yerli şirkətlər arasında əməkdaşlığın genişlənməsi və biznes imkanlarının artırılması baxımından vacib platforma olmuşdur.

Paylaş
Baxış sayı:
Baxış sayı
184
Tarix:
Tarix
18/06/2025
WhatsApp icon