earth-for-language az
Qeydiyyat
Qeydiyyat

Azərbaycan-Türkiyə İş Adamları Birliyi ofisində Şimali Kipr Türk Respublikasının nümayəndələri ilə görüş keçirilib

azerbaycan-turkiye-is-adamlari-birliyi-ofisinde-simali-kipr-turk-respublikasinin-numayendeleri-ile-gorus-kecirilib-1

Mayın 20-də Azərbaycan-Türkiyə İş Adamları Birliyi ofisində Şimali Kipr Türk Respublikasının nümayəndələri ilə görüş keçirilib. Görüşdə ATİB İdarə Heyətinin üzvləri, tanınmış sahibkarlar və müxtəlif sahələrdə fəaliyyət göstərən şirkət nümayəndələri iştirak edib.
Tərəflər arasında qarşılıqlı əməkdaşlıq imkanları, iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi, investisiya mühiti və birgə layihələrin həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb.
Qonaqlar Azərbaycan-Türkiyə İş Adamları Birliyinin regiondakı rolu və fəaliyyəti barədə ətraflı məlumatlandırılıb, gələcəkdə həyata keçiriləcək birgə təşəbbüslərlə bağlı ilkin razılıqlar əldə olunub.

Paylaş
Baxış sayı:
Baxış sayı
54
Tarix:
Tarix
20/05/2025
WhatsApp icon