27 sentyabr 2025-ci il tarixində Azərbaycan-Türkiyə İş Adamları Birliyinin nümayəndə heyəti Anım Günü münasibətilə Zəfər Parkını ziyarət edib.
ATİB İdarə Heyətinin sədri Mürsəl Rüstəmov, İdarə Heyətinin üzvləri Rafiq Qarayev və Seymur Bünyatov, Birliyin üzvləri Cemal Yangın, Eyyub Cavanşir, Elnur Nəcəfli, Kamaləddin Mənsimov, Eltun Süleymanov və Katibliyin Rəhbəri Mehriban Əsədli qələbənin və sarsılmaz birliyin təcəssümü olan Zəfər abidəsinin önünə gül dəstələri qoyaraq qəhrəmanlıq tariximizi yazan Vətən oğullarımızın xatirəsini yad ediblər.