earth-for-language az
Qeydiyyat
Qeydiyyat

Azərbaycan-Türkiyə İş Adamları Birliyinin nümayəndə heyəti Birliyin üzvü “İnci Şirkətlər Qrupu” QSC-ni ziyarət edib.

azerbaycan-turkiye-is-adamlari-birliyinin-numayende-heyeti-birliyin-uzvu-inci-sirketler-qrupu-qsc-ni-ziyaret-edib-1

22 oktyabr 2025-ci il tarixində Azərbaycan-Türkiyə İş Adamları Birliyinin nümayəndə heyəti Birliyin üzvü “İnci Şirkətlər Qrupu” QSC-ni ziyarət edib.

 

Şirkətin ofisində keçirilən görüşdə İnci Şirkətlər Qrupunun təsisçisi Mikayıl Yusifov, ATİB İdarə Heyətinin sədri Mürsəl Rüstəmov, İdarə Heyətinin üzvü Seymur Bünyatov, Birliyin üzvü Eyyub Cavanşir və Katibliyin üzvləri iştirak ediblər.

 

Mikayıl Yusifov 30 ildir ki satış, istehsalat, və distribütor şirkəti olaraq müştərilərə xidmət göstərən İnci Şirkətlər Qrupunun ofis və dəftərxana ləvazimatları, məktəb və tədris vəsaitləri, kitab və çap məhsulları, habelə gündəlik istehlak malları və məişət texnikasının istehsalı və distribyusiyası ilə istehlakçı ehtiyaclarını yüksək keyfiyyət və etibarlıqla təmin etmək məqsədini qarşısına qoyduğunu bildirib. İnci Şirkətlər Qrupunun fəaliyyətinin əsas prinsipinin sağlamlığa və əqlin inkişafına faydalı ola biləcək məhsullarla sağlam nəsillərin yetişdirilməsinə dəstək vermək olduğunu vurğulayan Mikayıl Yusifov bu yanaşmanın Şirkətin davamlı inkişaf strategiyasının və sosial məsuliyyət siyasətinin əsasını təşkil etdiyini diqqətə çatdırıb. Təsisçi həmçinin Şirkətin istehsal prosesində müasir texnologiyalar və beynəlxalq standartlara uyğun keyfiyyətə nəzarət sistemləri tətbiq etməklə həm milli bazarda, həm də regional miqyasda rəqabətədavamlı brend statusunu qoruduğunu qeyd edib.

 

ATİB İdarə Heyətinin sədri Mürsəl Rüstəmov öz növbəsində “İnci Şirkətlər Qrupu” QSC-nun Birliyin üzvləri arasında olmasından böyük məmnunluq duyduğunu, o cümlədən Şirkətin ATİB-in təşəbbüslərinə göstərdiyi daimi dəstək və diqqəti yüksək qiymətləndirdiyini bildirib. Ölkədə innovasiya və keyfiyyət prinsiplərinə əsaslanan yerli istehsalın artdığını diqqətə çatdıran Sədr bu yanaşmanın milli iqtisadiyyatın davamlı inkişafına töhfə verdiyini habelə sosial-mədəni dəyərlərin qorunması və inkişaf etdirilməsinə mühüm təsir göstədiyini vurğulayıb.

 

Daha sonra ATİB-in cari fəaliyyəti və gələcək layihələr ətrafında fikir mübadiləsi aparılıb, qarşıda duran prioritetlər, eləcə də birgə səmərəli fəaliyyət istiqamətləri müzakirə olunub.                                                                                                                                                                                                          

Paylaş
Baxış sayı:
Baxış sayı
82
Tarix:
Tarix
22/10/2025
WhatsApp icon