23 sentyabr 2025-ci il tarixində Azərbaycan-Türkiyə İş Adamları Birliyinin nümayəndə heyəti Birliyin üzvü İNSUN Yaşam Mərkəzinin rəhbəri Nigar Ələsgərovanı ziyarət edib.
Nigar Ələsgərovanın həmtəsisçisi olduğu Biznes TV-in ofisində keçirilən görüşdə ATİB İdarə Heyətinin üzvü Seymur Bünyatov və Katibliyin nümayəndələri iştirak ediblər.
“İNSUN” Yaşam Mərkəzinin cari fəaliyyətindən danışarkən sosial mühitin sağlam inkişafında cəmiyyətə faydalı və dəyər qatacaq fərdlərin formalaşdırılmasının əhəmiyyətinə toxunan Nigar Ələsgərova Mərkəzin bu istiqamətdə innovativ yanaşmalar tətbiq etdiyini diqqətə çatdırıb. "İNSUN"-ın bu məqsədlə psixoloq, kouçinq, dietoloq, qrup terapiyaları kimi müxtəlif xidmətlər təklif etməklə insanların hərtərəfli inkişafını hədəflədiyini əlavə edən rəhbər bu sahədə tanınmış bir sıra yerli və beynəlxalq mütəxəssislər ilə əməkdaşlıq etdiklərini qeyd edib
.
Görüş zamanı həmçinin ATİB-in mövcud fəaliyyəti və planlaşdırılan layihələr ətrafında fikir mübadiləsi aparılıb, qarşıda duran prioritetlər, eləcə də birgə səmərəli fəaliyyət istiqamətləri müzakirə olunub.