earth-for-language az
Qeydiyyat
Qeydiyyat

Azərbaycan-Türkiyə İş Adamları Birliyinin nümayəndə heyəti Birliyin üzvü “Kolin İnşaat Azərbaycan”ı ziyarət edib.

azerbaycan-turkiye-is-adamlari-birliyinin-numayende-heyeti-birliyin-uzvu-kolin-insaat-azerbaycani-ziyaret-edib-1

30 sentyabr 2025-ci il tarixində Azərbaycan-Türkiyə İş Adamları Birliyinin nümayəndə heyəti Birliyin üzvü “Kolin İnşaat Azərbaycan”ı ziyarət edib.

 

Şirkətin ofisində keçirilən görüşdə “Kolin İnşaat Azərbaycan”-ın baş direktoru Barış Altıparmak, ATİB İdarə Heyətinin sədri Mürsəl Rüstəmov, İdarə Heyətinin sədr müavini Tahsin Gündem, İdarə Heyətinin üzvləri Rafiq Qarayev və Seymur Bünyatov, Birliyin üzvü Eyyub Cavanşir və Katibliyin nümayəndələri iştirak ediblər.

 

İlk olaraq “Kolin İnşaat”ın Azərbaycana gəldiyi gündən dövlətçilik, türkçülük ənənələrinə, eləcə də milli dəyərlərə sadiq qalaraq müxtəlif vətəndaş cəmiyyəti institutları çərçivəsində ölkəmizin iqtisadi, sosial və mədəni inkişafına verdiyi əvəzolunmaz töhfələrin önəminə toxunan ATİB İdarə Heyətinin sədri Mürsəl Rüstəmov Şirkətin Birliyin üzvləri arasında olmasından böyük məmnunluq duyduğunu bildirib. “Kolin İnşaat Azərbaycan”-ın son illər işğaldan azad olunmuş ərazilərdə gördüyü bərpa və quruculuq işlərinin regionun dirçəlişi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayan Mürsəl Rüstəmov bu fəaliyyətin həm də xalqlarımız arasında mövcud qardaşlıq bağını daha da gücləndirdiyini qeyd edib.

 

“Kolin İnşaat Azərbaycan”-ın baş direktoru Barış Altıparmak ATİB-in Şirkətin fəaliyyətinə göstərdiyi daimi diqqətə görə minnətdarlığını bildirərək Birliyə üzvlüyü iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsində dövlət başçılarının müəyyən etdiyi hədəflərə çatmaq yolunda bir addım kimi dəyərləndirdiklərini bildirib. “Kolin İnşaat”-ın Azərbaycandakı fəaliyyətinin artıq 20-ci ilini tamamlandığını qeyd edən Barış Altıparmak Şirkətin perspektiv genişmiqyaslı layihələri barədə ətraflı məlumat verib.

 

Daha sonra Birliyin cari fəaliyyəti və planlaşdırılan layihələri çərçivəsində qarşılıqlı səmərəli fəaliyyət imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş
Baxış sayı:
Baxış sayı
22
Tarix:
Tarix
30/09/2025
WhatsApp icon