earth-for-language az
Qeydiyyat
Qeydiyyat

Azərbaycan-Türkiyə İş Adamları Birliyinin nümayəndə heyəti Birliyin üzvü “Nareks” MMC-ni ziyarət ediblər.

azerbaycan-turkiye-is-adamlari-birliyinin-numayende-heyeti-birliyin-uzvu-nareks-mmc-ni-ziyaret-edibler-1

22 oktyabr 2025-ci il tarixində Azərbaycan-Türkiyə İş Adamları Birliyinin nümayəndə heyəti Birliyin üzvü “Nareks” MMC-ni ziyarət ediblər.

 

Şirkətin ofisində keçirilən görüşdə ATİB İdarə Heyətinin sədri Mürsəl Rüstəmov, “Nareks” MMC-nin direktoru, ATİB İdarə Heyəti sədrinin müavini Tahsin Gündem və Katibliyin üzvləri iştirak ediblər.

 

Tahsin Gündem elektrik, avtomatlaşdırma sahəsində mühəndislik şirkəti kimi yaradılan “Nareks”-in daha sonra yanğın, avtomatlaşdırma, aşağı cərəyan sistemləri üzrə ixtisaslaşaraq qısa müddət ərzində etibarlı tərəfdaş kimi bazarda öz yerini tutduğunu vurğulayıb. Həmçinin peşəkarlıq, innovasiya və etibarlılıq prinsiplərini rəhbər tutan Şirkətin bu gün Avropa, Asiya və Afrikada 15-dən çox istehsalçı və təchizatçı ilə birbaşa əməkdaşlıq əsasında idxal fəaliyyəti həyata keçirdiyini diqqətə çatdıran Tahsin Gündem bununla beynəlxalq səviyyədə də mövqelərini gücləndirdiklərini qeyd edib. Tahsin Gündem Siemens Building Tecnology şirkətinin Azərbaycan üzrə Rəsmi Distribyutoru və Həll Partnyoru olan “Nareks”-in milli və beynəlxalq standartlara uyğun olaraq müvafiq keyfiyyət standartlarına malik məhsullar təklif etdiyini bildirib.

 

Daha sonra Birliyin mövcud fəaliyyəti və planlaşdırılan layihələr barədə fikir mübadiləsi aparılıb, o cümlədən qarşıda duran prioritetlər və birgə fəaliyyət istiqamətləri müzakirə olunub.

Paylaş
Baxış sayı:
Baxış sayı
101
Tarix:
Tarix
22/10/2025
WhatsApp icon