29 yanvar 2026-cı il tarixində Azərbaycan-Türkiyə İş Adamları Birliyinin nümayəndə heyəti Birliyin üzvü “Private Facility Management” MMC-ni ziyarət edib.
Şirkətin ofisində keçirilən görüşdə “Private Facility Management” MMC-nin direktoru Cavid İsgəndərov, ATİB İdarə Heyətinin sədri Mürsəl Rüstəmov və Katibliyin üzvləri iştirak ediblər.
Direktor Cavid İsgəndərov Şirkətin yemək, təmizlik, texniki xidmət və idarəetmə sahələrində kompleks xidmətlər göstərdiyini və əsas prioritetinin müştəri məmnuniyyətinin təmin olunması ilə yüksək keyfiyyət standartlarının qorunması olduğunu bildirib. Direktor eyni zamanda Şirkətin tərəfdaşlıq münasibətlərinin genişləndirilməsinə və xidmət portfelinin bazar tələblərinə uyğun olaraq davamlı şəkildə təkmilləşdirilməsinə xüsusi önəm verdiyini bildirib.
ATİB-in fəaliyyəti barədə məlumat verən Mürsəl Rüstəmov Birliyin Azərbaycan və Türkiyə arasında, xüsusilə qeyri-neft sektorunda iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi, üzv şirkətlərin maraqlarının qorunması və dövlət, biznes və vətəndaş cəmiyyəti arasında effektiv tərəfdaşlığın təmin edilməsi vasitəsilə iki qardaş ölkənin sosial, mədəni və iqtisadi rifahına töhfə verdiyini qeyd edib. Sədr həmçinin Şirkətin təcrübəsinin gələcək layihələrdə ATİB-ə faydalı olacağından, qarşıya qoyulmuş hədəflərə çatmaq yolunda tərəfdaşlığın uğurla nəticələnəcəyindən əminliyini dilə gətirib.
Görüş çərçivəsində habelə tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparıb.