earth-for-language az
Qeydiyyat
Qeydiyyat

Azərbaycan-Türkiyə İş Adamları Birliyinin nümayəndə heyəti Birliyin üzvü “Provet Solutions” MMC-ni ziyarət edib.

azerbaycan-turkiye-is-adamlari-birliyinin-numayende-heyeti-birliyin-uzvu-provet-solutions-mmc-ni-ziyaret-edib-1

23 sentyabr 2025-ci il taricxində Azərbaycan-Türkiyə İş Adamları Birliyinin nümayəndə heyəti Birliyin üzvü “Provet Solutions” MMC-ni ziyarət edib.



Şirkətin ofisində keçirilən görüşdə “Provet Solutions” MMC-nin direktoru Ruslan Behbudov, satış meneceri Kamran Kərimli, ATİB İdarə Heyətinin üzvü Seymur Bünyatov və Katibliyin nümayəndələri iştirak ediblər.



İlk olaraq direktor Ruslan Behbudov Almaniyanın Miavit GMBH və Türkiyənin Aven Kimya şirkətlərinin Azərbaycandakı distribyutoru olaraq fəaliyyət göstərən və dünyanın ən keyfiyyətli qida qatqı maddələrinin və baytarlıq preparatlarının Azərbaycana idxalını təmin edən “Provet Solutions” MMC-nin dəyərlərinə sadiq qalaraq sektorda innovativ yanaşmaları tətbiq etdiyini vurğulayıb. Eyni zamanda müştərilərinə həm zootexnik, həm də baytarlıq istiqamətində texniki dəstəklərin verildiyini qeyd edən direktor Şirkətin müştəri məmnuniyyətini uzunmüddətli tərəfdaşlıqların əsası kimi gördüyünü bildirib.



Daha sonra müvafiq sahədə şəriştəli kadr çatışmazlığı məsələsinə toxunulub və bu problemin həlli istiqamətində ATİB çərçivəsində universitetlərlə tərəfdaşlıq imkanları müzakirə olunub.


Görüş çərçivəsində Birliyin cari fəaliyyəti və planlaşdırılan layihələrin ətrafında fikir mübadiləsi aparılıb və birgə səmərəli fəaliyyətin gələcək istiqamətləri müəyyən edilib.
 

Paylaş
Baxış sayı:
Baxış sayı
16
Tarix:
Tarix
23/09/2025
WhatsApp icon