earth-for-language az
Qeydiyyat
Qeydiyyat

Azərbaycan-Türkiyə İş Adamları Birliyinin nümayəndə heyəti “Tekfen İnşaat ve Tesisat A.Ş”-nin Azərbaycan Nümayəndəliyini ziyarət edib.

azerbaycan-turkiye-is-adamlari-birliyinin-numayende-heyeti-tekfen-insaat-ve-tesisat-as-nin-azerbaycan-numayendeliyini-ziyaret-edib-1

2 sentyabr 2025-ci il tarixində Azərbaycan-Türkiyə İş Adamları Birliyinin nümayəndə heyəti “Tekfen İnşaat ve Tesisat A.Ş”-nin Azərbaycan Nümayəndəliyini ziyarət edib.
Şirkətin ofisində keçirilən görüşdə “Tekfen İnşaat”-ın Türkiyə və Xəzər Regionu üzrə Vitse-Prezidenti Tolga Küçükavşar, ATİB İdarə Heyətinin sədri Mürsəl Rüstəmov, İdarə Heyəti sədrinin müavini Tahsin Gündem, Birliyin İdarə Heyətinin üzvləri Erdem Ercin, Muhterem Öz, Araz İsmayılov və Katibliyin nümayəndələri iştirak ediblər.



İlk olaraq “Tekfen İnşaat”-ın ATİB-in təşəbbüslərinə göstərdiyi daimi dəstəyə görə təşəkkürünü bildirən İdarə Heyətinin sədri Mürsəl Rüstəmov, həmçinin Şirkətin Birliyin fəaliyyətində də prioriet istiqamətlərdən birini təşkil edən iki qardaş ölkə arasında iqtisadi əlaqələrin inkişafına töhfələrinin əhəmiyyətinə toxunub. Ümumilikdə “Tekfen İnşaat”-ın ölkədə bugünədək həm sənaye, həm də qeyri-sənaye inşaatı sahəsində həyata keçirdiyi layihələrin daim beynəlxalq keyfiyyət standartlarına uyğun və yüksək peşəkarlıqla icra edildiyini vurğulayan sədr Şirkətin gələcək işlərində də eyni şəkildə uğur qazanacağından əminliyini dilə gətirib.



“Tekfen İnşaat”-ın Azərbaycanda bina tikintisi sahəsində ən son layihəsi olan Mərkəzi Bankın yeni inzibati binasının təhvil-təslim işlərinin artıq başladığını qeyd edən Tolga Küçükavşar həmçinin SOCAR və “Tekfen İnşaat”-ın birgə müəssisəsi olan “AZFEN” MMC-in layihələrinin davam etdiyini, Şirkətin eyni zamanda Xəzəryanı ölkələrdə yeni iş fürsətlərini də nəzərdən keçirdiyini bildirib.



Daha sonra tərəflər qarşıda duran hədəflər, habelə perspektiv birgə fəaliyyət imkanları ətrafında fikir mübadiləsi aparıblar.
 

Paylaş
Baxış sayı:
Baxış sayı
15
Tarix:
Tarix
02/09/2025
WhatsApp icon