earth-for-language az
Qeydiyyat
Qeydiyyat

Azərbaycan-Türkiyə İş Adamları Birliyinin yeni üzvü “VİVA Group”-un direktoru Azər Ağayev Birliyin qonağı olub.

27 avqust 2025-ci iltarixində  Azərbaycan-Türkiyə İş Adamları Birliyinin yeni üzvü “VİVA Group”-un direktoru Azər Ağayev Birliyin qonağı olub.



İlk olaraq ATİB ailəsinə yeni daxil olan Şirkətlər Qrupu barədə məlumat verən Azər Ağayev “Viva Group”-a daxil olan şirkətlərin avtomobil servisi, endirim platforması, foto-video yaradıcılıq, onlayn təhsil, proqram təminatı və IT həlləri, habelə kosmetologiya kimi çeşidli xidmətlər təklif etdiyini bildirib. Direktor həmçinin Qrupun əsas prioritetin müvafiq istiqamətlərdə şəffaf, sürətli və texnologiya əsaslı yanaşma ilə ölkədə yeni bir standart yaratmaq olduğunu vurğulayıb.



ATİB-in İdarə Heyətinin sədri Mürsəl Rüstəmov Birliyin cari fəaliyyəti və planlaşdırılan layihələri barədə məlumat verib.



Görüş çərçivəsində qarşılıqlı birgə fəaliyyət imkanları və tərəfdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş
Baxış sayı:
Baxış sayı
14
Tarix:
Tarix
27/08/2025
WhatsApp icon