2 iyul 2025-ci il tarixində Azərbaycan Texniki Universitetində Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatara Fəxri Doktor Diplomunun təqdimat mərasimi keçirilib. Tədbirdə Türkiyə və Şimali Kiprdən olan rəsmi nümayəndələr, AzTU-nun rəhbərliyi, deputatlar, ictimaiyyət və iş adamları iştirak ediblər. Əvvəlcə universitetin foyesində ümummilli lider Heydər Əliyevin büstü ziyarət olunub. Rektor Vilayət Vəliyev çıxışında Prezident Tatarın Türk dünyasına xidmətlərini vurğulayıb. Sonra Ersin Tatara Fəxri mantiya və diplom təqdim edilib. Prezident təşəkkürünü bildirib və Türk dünyasının birliyi üçün çalışacağını qeyd edib. Tədbir xatirə fotosu ilə başa çatıb.