earth-for-language az
Qeydiyyat
Qeydiyyat

Bakı Türk Anadolu liseyində Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə tədbir keçirilib.

baki-turk-anadolu-liseyinde-turkiyenin-cumhuriyyet-bayrami-munasibetile-tedbir-kecirilib-1

29 oktyabr 2025-ci il tarixində Bakı Türk Anadolu liseyində Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə tədbir keçirilib.

 

Tədbirdə Türkiyə Respublikasının Azərbaycandakı səfiri Prof. Dr. Birol Akgün, Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ufuk Turqaner, səfirliyin əməkdaşları, Azərbaycanda fəaliyyət göstərən türk iş adamları, elm və təhsil müəssisələrinin və ictimaiyyətin nümayəndələri, o cümlədən Azərbaycan-Türkiyə İş Adamları Birliyinin İdarə Heyətinin sədri Mürsəl Rüstəmov, İdarə Heyətinin üzvləri Rafiq Qarayev və Azər Hətəmov iştirak ediblər.

 

Bədii hissədə liseyin şagirdləri müxtəlif mahnılar ifa edib, rəqs kompozisiyaları nümayiş etdiriblər.                 

Paylaş
Baxış sayı:
Baxış sayı
28
Tarix:
Tarix
29/10/2025
WhatsApp icon