Fevralın 20-də Bakıda Turan Dövlətləri II İnşaatçılar və Əmlakçılar Forumu keçirilib. Regionun inşaat və əmlak sektorunda ən mühüm və nüfuzlu tədbirlərindən biri hesab edilən forum “Biznes Mərkəzi Klubu” və “Gbaru.com” platformasının təşkilatçılığı ilə baş tutub. “İnşaatda güc, əlaqələrdə birlik: dayanıqlı gələcəyə doğru!” şüarı ilə keçirilən forum Turan dövlətlərinin inşaat və əmlak sektorlarında əməkdaşlığını gücləndirmək məqsədi daşıyırdı.
Tədbirdə millət vəkilləri Müşfiq Cəfərov, Vüqar İskəndərov, Ceyhun Məmmədov, Türkiyənin “Çavuşoğlu 07” inşaat şirkətinin rəhbəri Hasan Çavuşoğlu, dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri, o cümlədən ASK-nın vitse-prezidenti Vüqar Zeynalov, Azərbaycan-Türkiyə İş Adamları Birliyinin İdarə Heyətinin sədri Mürsəl Rüstəmov, eləcə də sahibkarlar və ekspertlər iştirak ediblər.
Forumda 10-dan çox yerli şirkətin stendlərinə baxış keçirilib.