earth-for-language az
Qeydiyyat
Qeydiyyat

"Birlik Yarmarkası" xeyriyyə sərgisi: Uşaqlara ümid olan birlik

Mayın 31-də Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB), Asterias Təlim və İnkişaf Mərkəzi və “Leykemiya ilə Mübarizə” İctimai Birliyinin birgə təşkilatçılığı, ATİB üzvləri “Bureau 19” və “TONUBY Group” şirkətlərinin maliyyə dəstəyi ilə “Birlik Yarmarkası” adlı xeyriyyə sərgisi keçirilib.
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə keçirilən tədbirdə məqsəd leykemiya ilə mübarizə aparan uşaqlara dəstək göstərmək, cəmiyyətin diqqətini bu mövzuya yönəltmək və həmrəyliyi təşviq etmək olub.
Sərgidə millət vəkilləri, ictimai xadimlər, dövlət və QHT nümayəndələri, iş adamları və media iştirak edib. Açılışda ATİB sədri Mürsəl Rüstəmov, Hicran Hüseynova, Hulusi Kılıç, İhsan Açık və digər qonaqlar çıxış ediblər.
Leykemiya ilə mübarizə aparan uşaqların və məktəblilərin çəkdiyi rəsmlər sərgilənib və auksiona çıxarılıb. Satışdan toplanan vəsait bu uşaqların müalicəsinə yönəldiləcək. Tədbir uşaqlar üçün bayram proqramı ilə başa çatıb.
Rəsm əsərlərinin satışı @birlikyarmarkasi Instagram səhifəsi üzərindən davam etdirilir.

Paylaş
Baxış sayı:
Baxış sayı
30
Tarix:
Tarix
31/05/2025
WhatsApp icon