Martın 13-də Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) üzvü olduğu Dünya Türk İş Konseyinin (DTİK) Azərbaycan nümayəndəsi Barış Altıparmakın ev sahibliyi ilə iftar süfrəsi təşkil edilib.
İftar süfrəsində Azərbaycan Respublikasının Elm və Təhsil naziri Emin Əmrullayev, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sabiq sədri Bülent Arınç, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Prof.Dr. Birol Akgün, Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ufuk Arca Turganer, millət vəkilləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri və ATİB İdarə Heyətinin sədri Mürsəl Rüstəmov iştirak ediblər.
Qonaqlar, Ramazan ayının bərəkət və paylaşım ruhunu vurğulayaraq, bu cür tədbirlərin dövlətlərimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin daha da güclənməsinə töhfə verəcəyinə ümid etdiklərini qeyd ediblər.