İyunun 25-də (2025) İzmir Avtomobil Təmirçiləri Palatasının İdarə Heyətinin sədri Necdet Heppekcanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) qonağı olub. Qonaqları ATİB İdarə Heyətinin sədri Mürsəl Rüstəmov və üzvləri Seymur Bünyatov və Erdem Ercin qarşılayıblar. Görüş zamanı ATİB-in fəaliyyəti və türk iş adamları ilə əməkdaşlığı barədə məlumat verilib. İzmir nümayəndə heyəti Palatanın fəaliyyəti və Azərbaycan bazarına maraqları haqqında məlumat təqdim edib. Görüşdə Qarabağ iqtisadi zonasında investisiya imkanları, layihələr və güzəştlər də müzakirə olunub. Sonda ATİB rəhbərinə hədiyyə təqdim edilib.