23 may 2025-ci il tarixində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) “II Türk Ticarət Sərgisi - Türk Dövlətləri Ticarət və İnvestisiya Əməkdaşlıq Forumu və Sərgisi”nə həsr olunmuş mətbuat konfransı keçirilib. Tədbirdə 7-9 noyabr 2024-cü il tarixlərində İstanbulda keçirilmiş sərgi ilə bağlı video-çarx nümayiş olunub. Çıxış edən rəsmi şəxslər sərginin məqsədi və əhəmiyyəti barədə məlumat veriblər. Bildirilib ki, 10-12 iyun 2025-ci il tarixlərində Bakıda keçiriləcək sərgidə 11 ölkə iştirakçı kimi, 20-dən çox ölkə isə ziyarətçi kimi iştirak edəcəkdir.