earth-for-language az
Qeydiyyat
Qeydiyyat

Mayın 17-də Azərbaycan-Türkiyə İş Adamları Birliyi və “Redaktum” müəllif komandasının təşkilatçılığı ilə 19 May- Atatürkü Anma, Gənclik və İdman Bayramına həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə Türkiyə mövzulu I Çempionat baş tutub.

Mayın 17-də Azərbaycan-Türkiyə İş Adamları Birliyi və “Redaktum” müəllif komandasının təşkilatçılığı ilə 19 May- Atatürkü Anma, Gənclik və İdman Bayramına həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə Türkiyə mövzulu I Çempionat baş tutub.

Tədbirdə Milli Məclisin deputatı, Azərbaycan-Türkiyə parlamentlərarası işçi qrupunun üzvü Ceyhun Məmmədov, Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) Baş Katibinin müavini Muhammet Alper Hayali, Baş Katibin müavini vəzifəsini icra edən Bektur Bakazekov, Türkiyə Maarif Vəqfi Azərbaycan üzrə ölkə təmsilçisi Tabip Gülbay və ATİB İdarə Heyətinin sədri Mürsəl Rüstəmov və İdarə Heyətinin üzvü Lamiyə Bayramova iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən Mürsəl Rüstəmov 19 may tarixinin təkcə Türkiyə Respublikası üçün deyil, bütövlükdə türk dünyası üçün azadlıq, milli birlik və gəncliyə inam rəmzi daşıdığını qeyd edərək Bayrama həsr edilmiş Çempionatın iki ölkə arasında “Bir Millət, iki dövlət” prinsipinə əsaslanan qardaşlıq və mədəni əməkdaşlıq münasibətlərinə töhfə verəcəyinə inamını dilə gətirib.

Millət vəkili Ceyhun Məmmədov çıxışında bu gün dünyada baş verən proseslər fonunda türk dövlətlərinin birliyinin əhəmiyyətinə diqqət çəkərək bu əlaqələrin siyasət, mədəniyyət və digər sahələrdə daha da gücləndirilməli olduğunu qeyd edib.

Muhammet Alper Hayali və Tabip Gülbay çıxışlarında Çempionatın həm 19 May – Atatürkü Anma, Gənclik və İdman Bayramının əhəmiyyətini yaşatmaq, həm də türk dünyasının birliyini və həmrəyliyini nümayiş etdirmək baxımından xüsusi önəm daşıdığını qeyd ediblər.

Açılış mərasimindən sonra komandaların iştirakı ilə çempionatın oyun mərhələsinə start verilib.

Oyunun nəticəsində “Gesamtürkstwerk” komandası I, “Berserk” komandası II, “Prestij” komandası isə III yerə layiq görülüblər.

Paylaş
Baxış sayı:
Baxış sayı
13
Tarix:
Tarix
17/05/2026
WhatsApp icon