Mayın 23-də Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) və Birliyin üzvü Allsafe Kibertəhlükəsizlik MMC-nin birgə təşkilatçılığı ilə Daxili Audit Ayı çərçivəsində ATİB üzvü olan şirkətlər üçün “Daxili Audit Ayına Özəl: Auditdə Risk və Uyğunsuzluqların İdarə Edilməsi” mövzusunda onlayn təlim təşkil edilib.
Beynəlxalq təcrübəyə malik mütəxəssis, ISO 9001 və ISO 42001 Baş Auditoru Gülşah Bakırlı tərəfindən keçirilmiş təlim çərçivəsində audit prosesində risk əsaslı yanaşmanın tətbiqi, uyğunsuzluqların müəyyənləşdirilməsi və effektiv idarə olunması, korrektiv tədbirlərin planlaşdırılması, eləcə də daxili audit fəaliyyətlərində beynəlxalq təcrübələr iştirakçılarla bölüşülüb.
İnteraktiv formatda keçirilən təlim zamanı həmçinin iştirakçıların sualları cavablandırılıb, praktiki nümunələr əsasında müzakirələr aparılıb.
Təlimdə iştirak edən bütün şirkət nümayəndələrinə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq.