Mayın 6-da Azərbaycan-Türkiyə İş Adamları Birliyi İdarə Heyətinin sədri Mürsəl Rüstəmov, İdarə Heyətinin üzvü İlkin Əliyev və Katibliyin nümayəndələri Bakı Ekspo Mərkəzində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təşkilati dəstəyi ilə təşkil olunan “Caspian Agro Week” - 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu və “InterFood Azerbaijan” - 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisini ziyarət ediblər.
ATİB nümayəndə heyəti ziyarət zamanı həmçinin üzv şirkətlərin stendlərində nümayiş olunan məhsul və xidmətlərlə tanış olub, Sərginin fəaliyyətinə uğurlar arzulayıblar.