earth-for-language az
Qeydiyyat
Qeydiyyat

Prezident İlham Əliyev ATİB üzvü Coca-Cola-nın İsmayıllıdakı yeni istehsal müəssisəsinin açılışında iştirak edib

prezident-ilham-eliyev-atib-uzvu-coca-cola-nin-ismayillidaki-yeni-istehsal-muessisesinin-acilisinda-istirak-edib-1
prezident-ilham-eliyev-atib-uzvu-coca-cola-nin-ismayillidaki-yeni-istehsal-muessisesinin-acilisinda-istirak-edib-2
prezident-ilham-eliyev-atib-uzvu-coca-cola-nin-ismayillidaki-yeni-istehsal-muessisesinin-acilisinda-istirak-edib-3
prezident-ilham-eliyev-atib-uzvu-coca-cola-nin-ismayillidaki-yeni-istehsal-muessisesinin-acilisinda-istirak-edib-4
prezident-ilham-eliyev-atib-uzvu-coca-cola-nin-ismayillidaki-yeni-istehsal-muessisesinin-acilisinda-istirak-edib-5
prezident-ilham-eliyev-atib-uzvu-coca-cola-nin-ismayillidaki-yeni-istehsal-muessisesinin-acilisinda-istirak-edib-6
prezident-ilham-eliyev-atib-uzvu-coca-cola-nin-ismayillidaki-yeni-istehsal-muessisesinin-acilisinda-istirak-edib-7
prezident-ilham-eliyev-atib-uzvu-coca-cola-nin-ismayillidaki-yeni-istehsal-muessisesinin-acilisinda-istirak-edib-8

26 may 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) üzvü olan “Azerbaijan Coca-Cola Bottlers” MMC-nin İsmayıllı rayonunun Topçu kəndində yerləşən yeni istehsal müəssisəsinin açılışında iştirak edib. Müəssisə 15 hektar ərazidə inşa olunub və illik istehsal gücü 165 milyon litrdir. Açılış zamanı dövlət başçısına müəssisə haqqında İqtisadiyyat naziri Mikayıl Cabbarov, Türkiyənin “Anadolu Grubu”nun İdarə Heyətinin fəxri sədri Tuncay Özilhan və “Azerbaijan Coca-Cola Bottlers” MMC-nin baş direktoru Rəna Məmmədova tərəfindən məlumat verilib. Müəssisədə beynəlxalq standartlara uyğun olaraq 100-dən çox yerli sakin daimi işlə təmin olunub.

Paylaş
Baxış sayı:
Baxış sayı
90
Tarix:
Tarix
26/05/2025
WhatsApp icon