23 oktyabr 2025-ci il tarixində Bakıda “SBC Otomasyon Sistemləri Sənaye və Ticarət A.Ş” -in Azərbaycan filialının fəaliyyətə başlamasının 15-ci ildönümü münasibətilə yubiley tədbiri keçirilib.
İlk olaraq şirkətin 15 illik fəaliyyətinə həsr olunmuş qısa metrajlı tanıtım videosu təqdim olunub.
Tədbirdə çıxış edən “SBC Otomasyon Sistemləri Sənaye və Ticarət A.Ş” -in Azərbaycan filialının direktoru Serkan Kamer, yubiley münasibətilə tədbir iştirakçılarını təbrik edib və şirkətin Azərbaycandakı fəaliyyəti barədə geniş məlumat verib.O, bildirib ki, şirkət fəaliyyət göstərdiyi illər ərzində Azərbaycan bazarında etibarlı tərəfdaş statusu qazanmaqla yanaşı, həm də ölkənin iqtisadi inkişafına mühüm töhfələr verib.
Şirkət rəhbəri əlavə edib ki, qarşıdakı illərdə Azərbaycanda həyata keçiriləcək layihələrin həcmi və keyfiyyəti daha da artırılacaq, yerli tərəfdaşlarla əməkdaşlıq genişləndiriləcək.
Tədbirdə çıxış edən Milli Məclisin deputatları Ceyhun Məmmədov, Vüqar İsgəndərov, Elman Nəsirov və digər rəsmi şəxslər şirkət kollektivini 15 illik yubiley münasibətilə təbrik ediblər. Deputatlar çıxışlarında Azərbaycan və Türkiyə arasında qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin bütün sahələrdə yüksək səviyyədə olduğunu qeyd ediblər.
Türkiyə Respublikasının Azərbaycandakı Baş Ticarət müşaviri Gülizar Yavaş, professor Firudin Cəlilov və “SBC Otomasyon Sistemləri Sənaye və Ticarət A.Ş” -in təsisçisi Mustafa Değirmenci çıxışlarında şirkətin fəaliyyəti, əməkdaşlıq prinsipləri və iki ölkə arasında iqtisadi əlaqələrin inkişafında oynadığı rol barədə fikirlərini bölüşüblər.
Daha sonra Şirkətin İctimaiyyətlə əlaqələr və Marketinq direktoru Tuğba Kamer tərəfindən fərqlənən şirkət əməkdaşları təltif edilib.
Rəsmi hissədən sonra tədbir ziyafət və konsert proqramı ilə davam edib.
Tədbirdə Milli Məclisin deputatları, Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndələri, beynəlxalq və yerli şirkətlərin rəhbərləri, iş adamları birliklərinin nümayəndələri, o cümlədən Azərbaycan-Türkiyə İş Adamları Birliyinin İdarə Heyətinin sədri Mürsəl Rüstəmov iştirak ediblər.