İyunun 12-də Şimali Kipr Türk Respublikasının İqtisadiyyat və Enerji naziri Olqun Amcaoğlu və Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəliyinin müşaviri Ulaş Kıvılcım Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) qonağı olublar. Qonaqları ATİB İdarə Heyətinin sədri Mürsəl Rüstəmov, üzvlər Rafiq Qarayev, Seymur Bünyatov və Araz İsmayılov qarşılayıblar. Görüşdə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq perspektivləri, ATİB-in fəaliyyət istiqamətləri və gələcək planlar müzakirə olunub. Olqun Amcaoğlu Şimali Kiprin müxtəlif sahələrdəki inkişaf potensialı barədə məlumat verib və əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını vurğulayıb. Görüşün sonunda xatirə hədiyyəsi təqdim olunub.