Fevralın 28-də Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) birgə təşkilatçılığı ilə təhsil, təlim və konsaltinq sahəsində xidmət göstərən özəl müəssisələr üçün məlumatlandırma görüşü keçirilib. Görüşdə ATİB İdarə Heyətinin sədri Mürsəl Rüstəmov, ATİB İdarə Heyətinin üzvləri, ATİAHİ sədrinin müavinləri və ölkəmizdə fəaliyyət göstərən özəl təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən Mürsəl Rüstəmov, təhsil sahəsində sosial məsuliyyətin vacibliyini vurğulayaraq əməkdaşlıq perspektivlərini müzakirə edib