earth-for-language az
Qeydiyyat
Qeydiyyat

Türk-Amerikan İş Adamları Dərnəyinin (TABA-AmCham) Azərbaycandakı nümayəndəsi Qızılı Seyidova Azərbaycan-Türkiyə İş Adamları Birliyinin qonağı olub

turk-amerikan-is-adamlari-derneyinin-taba-amcham-azerbaycandaki-numayendesi-qizili-seyidova-azerbaycan-turkiye-is-adamlari-birliyinin-qonagi-olub-1

27 avqust 2025-ci il tarixində Türk-Amerikan İş Adamları Dərnəyinin (TABA-AmCham) Azərbaycandakı nümayəndəsi Qızılı Seyidova Azərbaycan-Türkiyə İş Adamları Birliyinin qonağı olub.
 


TABA AmCham-ın fəaliyyəti barədə məlumat verən Qızılı Seyidova təşkilatın 1987-ci ildən etibarən Türkiyədə fəaliyyət göstərən Amerika şirkətləri, habelə Amerika ilə biznes əlaqələri olan türk şirkətlərini birləşdirdiyini və məqsədinin iki dövlət arasındakı iqtisadi əməkdaşlığa töhfə vermək olduğunu qeyd edib.
 


ATİB-in tarixi və bugünədək həyata keçirdiyi layihə və təşəbbüslər barədə danışan İdarə Heyətinin sədri Mürsəl Rüstəmov Birliyin öz növbəsində Azərbaycan ilə qardaş ölkə arasında iqtisadi və xarici ticarət əlaqələrinin inkişafı sahəsində göstərdiyi səylərdən bəhs edib, bu istiqamətdə fəaliyyət göstərən digər təşkilatlarla hər zaman əməkdaşlığa açıq olduğunu bildirib.
 


Tərəflər ölkələr arasında iqtisadi-ticarət əlaqələrinin inkişafında sahibkar birliklərinin rolu ətrafında fikir mübadiləsi aparıblar.
 


Görüş çərçivəsində, həmçinin iki qurum arasında birgə fəaliyyət perspektivləri müzakirə edilib və tərəfdaşlıq imkanları nəzərdən keçirilib.

Paylaş
Baxış sayı:
Baxış sayı
7
Tarix:
Tarix
27/08/2025
WhatsApp icon