24 yanvar 2025-ci ildə Türkiyə Respublikasının Azərbaycandakı səfiri Dos.Dr. Cahit Bağcı, Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyəti üzvləri ilə görüşüb. Görüşdə, səfirin ölkəmizdəki fəaliyyətinin başa çatması münasibətilə onun xidmətləri yüksək qiymətləndirilib. Görüşdə, həmçinin səfirin xanımı Leyla Bağcı, Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer, Türkiyə səfirliyinin digər nümayəndələri iştirak ediblər. Səfirin ölkələrimiz arasındakı əlaqələrə verdiyi töhfələr xüsusi vurğulanıb. Görüşdə ATİB-in gələcək fəaliyyətinə dəstək verilməsi arzu olunub.