Fevralın 26-da Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar olaraq Azərbaycan-Türkiyə İş Adamları Birliyinin nümayəndə heyəti, Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyi ilə birlikdə, faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana Harayı” abidəsini ziyarət edib. Ziyarət zamanı, Xocalı soyqırımının dəhşətləri yad edilib və qurbanların xatirəsi anılıb.