earth-for-language az
Qeydiyyat
Qeydiyyat

11 Fevral 2025-ci ildə Azərbaycan-Türkiyə İş Adamları Birliyinin İdarə Heyəti Türkiyə Respublikasının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Prof.Dr. Birol Akgünün qəbulunda olub

11-fevral-2025-ci-ilde-azerbaycan-turkiye-is-adamlari-birliyinin-idare-heyeti-turkiye-respublikasinin-azerbaycana-yeni-teyin-olunmus-fovqelade-ve-selahiyyetli-sefiri-profdr-birol-akgunun-qebulunda-olub-1

11 fevral 2025-ci ildə Azərbaycan-Türkiyə İş Adamları Birliyinin İdarə Heyəti Türkiyə Respublikasının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Prof.Dr. Birol Akgünün qəbulunda olub. İdarə Heyətinin üzvləri ilə tanışlıqdan sonra Birliyin sədri Mürsəl Rüstəmov cənab səfirə ATİB-in son 20 il ərzində Türkiyə-Azərbaycan arasında həm iqtisadi, həm də sosial-mədəni əlaqələrin inkişaf etdirilməsi sahəsində həyata keçirdiyi fəaliyyət barədə məlumat verib. Daha sonra Prof.Dr. Birol Akgün qonşu və eyni kökdən olmalarına rəğmən uzun illər bir-birinə yadlaşdırılmış xalqlarımızın Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, xüsusilə də son illərdə hər iki ölkənin dövlət başçılarının səyləri ilə qardaşlaşdığını, bu dostluq və qardaşlığın eyni zamanda bütövlükdə türk dünyası üçün nümunə təşkil etdiyini qeyd edib. Cənab səfir ölkə rəhbərlərinin sözügedən siyasi kursunun davam etdirilməsində sahibkarların da üzərinə müəyyən vəzifələr düşdüyünü vurğulayaraq Səfirliyin və şəxsən özünün bu istiqamətdə iş adamları və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığa hazır olduğunu dilə gətirib. Görüşün sonunda Prof.Dr. Birol Akgünə Azərbaycan-Türkiyə İş Adamları Birliyi adından xatirə hədiyyələri təqdim edilib.

Paylaş
Baxış sayı:
Baxış sayı
221
Tarix:
Tarix
11/02/2025