earth-for-language az
Qeydiyyat
Qeydiyyat

Aprelin 11-də Bakı Slavyan Universitetində “Təhsildə rəqəmsal transformasiyalar” mövzusunda III Milli Təhsil Zirvəsi keçirilib.

aprelin-11-de-baki-slavyan-universitetinde-tehsilde-reqemsal-transformasiyalar-movzusunda-iii-milli-tehsil-zirvesi-kecirilib-1
aprelin-11-de-baki-slavyan-universitetinde-tehsilde-reqemsal-transformasiyalar-movzusunda-iii-milli-tehsil-zirvesi-kecirilib-2

Aprelin 11-də Azərbaycan Respublikası Təhsil Cəmiyyətinin təşkilatçılığı, Azərbaycan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının və Türkiyə Cümhuriyyəti Özyeğin Universitetinin dəstəyi ilə Bakı Slavyan Universitetində “Təhsildə rəqəmsal transformasiyalar” mövzusunda III Milli Təhsil Zirvəsi keçirilib.

Zirvə çərçivəsində dövlət rəsmiləri, millət vəkilləri, özəl sektor nümayəndələri, eləcə də Azərbaycan-Türkiyə İş Adamları Birliyinin İdarə Heyətinin sədri Mürsəl Rüstəmov iştirak ediblər.

Zirvədə çıxış edən Azərbaycan Respublikası Təhsil Cəmiyyətinin İdarə Heyətinin sədri Murad Ağalarov, millət vəkili Ceyhun Məmmədov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı sədrinin müavini Mirzə Cəfərzadə, Azərbaycan Respublikası Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev, Azərbaycan Respublikası Təhsil İnstitutunun direktor müavini İlham Cavadov, Türkiyə Cümhuriyyəti Özyeğin Universitetinin Təlim və tədris ofisi direktoru, prof. Cengiz Hakan Aydın, İnnovasia və Rəqəmsal İnkişaf Ağentliyinin İqtisadi təhsil şöbəsinin müdiri Cavid Süleymanlı və Code Academy-nin təsisçi direktoru Ülvi Aslanov təhsil sahəsində aparılan islahatların və rəqəmsal transformasiyanın cəmiyyətin inkişafındakı rolu barədə fikirlərini bölüşüblər. Çıxışlarda xüsusilə gənclərin rəqəmsal bacarıqlarının inkişafı, müəllimlərin yeni texnologiyalara uyğun hazırlanması və süni intellektin təhsilə inteqrasiyasının ölkənin sosial-iqtisadi inkişafında strateji əhəmiyyəti vurğulanıb.

Tədbirin bədii hissəsində 2 nömrəli Uşaq İnkişaf Mərkəzinin rəqs qrupunun ifa etdikləri rəqs nömrələri milli və müasir elementlərin vəhdəti ilə seçilərək tədbirə xüsusi rəng qatıb.

Sonda III Milli Təhsil Zirvəsinin iştirakçılarına sertifikatlar təqdim edilib.

Paylaş
Baxış sayı:
Baxış sayı
2
Tarix:
Tarix
11/04/2026
WhatsApp icon