earth-for-language az
Qeydiyyat
Qeydiyyat

Aprelin 14-də Türkiyənin Trabzon Ticarət və Sənaye Palatasının (TTSO) İdarə Heyətinin sədri Erkut Çelebinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan-Türkiyə İş Adamları Birliyinin qonağı olub.

aprelin-14-de-turkiyenin-trabzon-ticaret-ve-senaye-palatasinin-ttso-idare-heyetinin-sedri-erkut-celebinin-basciliq-etdiyi-numayende-heyeti-azerbaycan-turkiye-is-adamlari-birliyinin-qonagi-olub-1

Aprelin 14-də Türkiyənin Trabzon Ticarət və Sənaye Palatasının (TTSO) İdarə Heyətinin sədri Erkut Çelebinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan-Türkiyə İş Adamları Birliyinin qonağı olub.

Görüşdə ATİB İdarə Heyətinin sədri Mürsəl Rüstəmov, İdarə Heyətinin üzvləri Rafiq Qarayev, Nigar Ələsgərova və Katibliyin üzvləri iştirak ediblər.

İlk öncə nümayəndə heyətinə ATİB-in fəaliyyəti barədə məlumat verən Mürsəl Rüstəmov Birliyin bu günədək türk iş adamları ilə əməkdaşlığı və onlarla yerli bizneslər arasında əlaqələrin inkişaf etdirilməsindəki rolundan bəhs edib.

Trabzon Ticarət və Sənaye Palatasının İdarə Heyətinin sədri Erkut Çelebi öz növbəsində Palatanın fəaliyyəti barədə danışıb. Palatanın əsas prioritetlərindən birinin üzvlərinin rəqabət qabiliyyətini artırmaq, onların beynəlxalq bazarlara çıxışını dəstəkləmək və regionun iqtisadi inkişafına töhfə vermək olduğunu vurğulayan Erkut Çelebi, eyni zamanda sahibkarlar arasında əməkdaşlığı gücləndirilməsinin və innovativ biznes mühitinin formalaşdırılmasına dəstəyin də mühüm istiqamətlərdən biri olduğunu qeyd edib.

Qonaqlarla tanışlıqdan sonra tərəflər arasında Azərbaycanda xarici investorlar üçün mövcud investisiya imkanları, biznes mühiti, sahibkarlıq fəaliyyəti üçün yaradılan şərait və gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Sonda ATİB İdarə Heyətinin sədri Mürsəl Rüstəmova Trabzon Ticarət və Sənaye Palatası adından xatirə hədiyyəsi təqdim edilib.

Paylaş
Baxış sayı:
Baxış sayı
2
Tarix:
Tarix
14/04/2026
WhatsApp icon