earth-for-language az
Qeydiyyat
Qeydiyyat

ATİAHİ və ATİB əməkdaşlıq memorandumu imzalayacaq

atiahi-ve-atib-emekdasliq-memorandumu-imzalayacaq-1

8 yanvar 2025-ci il tarixində Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) ofisində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə ATİAHİ Respublika Komitəsinin sədri Araz Paşayev, sədrin müavini Turanə Kərimova və Komitənin əməkdaşı Aygül Bağırova iştirak edib. Qonaqları ATİB İdarə Heyətinin sədri Mürsəl Rüstəmov qarşılayıb.

Tədbirdə ATİAHİ Respublika Komitəsinin fəaliyyəti, həyata keçirilən işlər və qarşıya qoyulan hədəflər müzakirə olunub. Araz Paşayev çıxışında bildirib ki, Komitə dövlət təhsil müəssisələrinin əməkdaşları ilə yanaşı, özəl sektorda çalışan təhsil işçilərini də öz sıralarında görmək arzusundadır. O, bu baxımdan ATİB üzvləri ilə əməkdaşlığın vacib olduğunu vurğulayıb.

ATİB İdarə Heyətinin sədri Mürsəl Rüstəmov isə bildirib ki, ATİB yaranmasından etibarən sosial məsuliyyət çərçivəsində Azərbaycanın elm, təhsil və digər sosial sahələrinin inkişafına töhfə verməyə çalışır. O, ATİB-in bu sahədə əməkdaşlığa hər zaman açıq olduğunu vurğulayıb.

Görüşün sonunda tərəflər qarşılıqlı maraq doğuran məsələləri müzakirə edərək əməkdaşlıq memorandumunun imzalanması barədə qərar qəbul ediblər.

Paylaş
Baxış sayı:
Baxış sayı
114
Tarix:
Tarix
08/01/2025