2025-ci il avqustun 7-də Azərbaycan-Türkiyə İş Adamları Birliyinin nümayəndə heyəti Birliyin üzvü “Köşebaşı” MMC-ni ziyarət edib.
Şirkətin restoranında keçirilən görüşdə direktor Seymur Bünyatov, ATİB İdarə Heyətinin üzvləri Rafiq Qarayev, Araz İsmayılov, Muherrem Öz və Katibliyin nümayəndələri iştirak ediblər.
Görüş zamanı Seymur Bünyatov restoranın 10 ildən artıq fəaliyyəti, müştəri məmnuniyyətinə və yüksək xidmət standartlarına verdiyi önəm barədə məlumat verib. Qonaqpərvərlik ənənəsi və professional yanaşma ilə restoran yerli və xarici müştərilər arasında böyük rəğbət qazanıb.
Görüş çərçivəsində iaşə və xidmət sektorunda mövcud vəziyyət, qarşılaşılan problemlər və onların mümkün həll yolları müzakirə olunub.