earth-for-language az
Qeydiyyat
Qeydiyyat

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə II Milli Rəqabət Forumu keçirilib.

azerbaycan-respublikasinin-prezidenti-yaninda-antiinhisar-ve-istehlak-bazarina-nezaret-dovlet-agentliyinin-teskilatciligi-ile-ii-milli-reqabet-forumu-kecirilib-1

3 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə II Milli Rəqabət Forumu keçirilib.



Tədbirdə millət vəkilləri, dövlət qurumları, biznes assosiasiyaları və özəl sektorun təmsilçiləri, o cümlədən ATİB İdarə Heyətinin sədri Mürsəl Rüstəmov, İdarə Heyətinin üzvləri Rəna Məmmədova və İlqar Nuri və Birliyin üzvü Lamiyə Bayramova iştirak ediblər.



Forum müasir iqtisadi şəraitdə rəqabət siyasətinin təhlili, təbiiinhisarların fəaliyyətinin tənzimlənməsi, bu sahədə mövcud çağırışlar və ictimai maraqların qorunması, eləcə də effektiv və ədalətli bazar münasibətlərinin formalaşdırılması istiqamətində fikir mübadiləsinin aparılması məqsədilə təşkil olunub.



Tədbirdə Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov və Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevin çıxışları dinlənilib.



Çıxışlar zamanı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin fəaliyyəti barədə məlumat verilib, ölkə iqtisadiyyatına xarici investisiyaların cəlb edilməsi və iqtisadiyyatın diversifikasiyası üçün əlverişli rəqabət şəraitinin vacibliyi, eləcə də kiçik və orta biznesin inkişafında, iqtisadiyyatın inklüzivliyinin təminində və sosial rifahın artırılmasında rəqabət siyasətinin stimullaşdırıcı rolu diqqətə çatdırılıb.



Rəqabət Məcəlləsinin qəbulunun ədalətli və şəffaf iqtisadi mühitin formalaşdırılması, sahibkarlıq subyektləri üçün bərabər imkanların yaradılması, hüquqi müəyyənliyin təmin olunması baxımından strateji əhəmiyyət daşıdığı vurğulanıb. Bildirilib ki, forumda müzakirə olunan məsələlər rəqabət siyasətinin gələcək prioritetlərinin müəyyən edilməsinə, dinamik və dəstəkləyici tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsinə əhəmiyyətli töhfə verəcəkdir.



Forum panel müzakirələri ilə davam etdirilib.
 

Paylaş
Baxış sayı:
Baxış sayı
16
Tarix:
Tarix
03/10/2025
WhatsApp icon