earth-for-language az
Qeydiyyat
Qeydiyyat

Azərbaycan-Türkiyə İş Adamları Birliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı arasında memorandum imzalanıb – 17 Yanvar 2025

azerbaycan-turkiye-is-adamlari-birliyi-ve-azerbaycan-tehsil-iscileri-azad-hemkarlar-ittifaqi-arasinda-memorandum-imzalanib-17-yanvar-2025-1

17 Yanvar 2025-ci ildə Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) ilə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Tədbirdə ATİB İdarə Heyətinin sədri Mürsəl Rüstəmov, ATİB İdarə Heyətinin üzvü və Anadolu Universitetinin Azərbaycan nümayəndəliyinin Koordinatoru Araz Hətəmzadə, ATİB İdarə Heyətinin üzvü və "Turan Legal and Tax Services" MMC Hüquq meneceri Araz İsmayılov, Evrika Liseyinin direktoru Ofeliya Muradova, ATİAHİ sədri Araz Paşayev, sədrin müavinləri Turanə Kərimova və Mirzə Cəfərzadə, eləcə də yerli təhsil işçiləri və tələbə HİK nümayəndələri iştirak ediblər.

Tərəflər arasında təhsil sahəsində işçilərin hüquqlarının qorunması və həmkarlar ittifaqına üzvlük məsələlərində səmərəli əməkdaşlığın təmin edilməsini nəzərdə tutan Memoranduma əsasən ATİB üzvü olan təhsil müəssisələrində çalışan işçilərin ATİAHİ-yə üzv olmağa təşviq edilməsi və onların əmək hüquqlarının qorunması istiqamətində birgə fəaliyyət həyata keçiriləcək.

Memorandum çərçivəsində həmçinin tərəflər arasında əlaqələrin davamlı olaraq gündəmdə saxlanılması və inkişaf etdirilməsi, eləcə də digər zəruri məsələlərin həlli üçün qarşılıqlı əməkdaşlıq təmin olunacaq.

Paylaş
Baxış sayı:
Baxış sayı
184
Tarix:
Tarix
17/01/2025