earth-for-language az
Qeydiyyat
Qeydiyyat

Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) növbəti işgüzar səhər yeməyi baş tutub.

azerbaycan-turkiye-is-adamlari-birliyinin-atib-novbeti-isguzar-seher-yemeyi-bas-tutub-1

18 oktyabr 2025-ci il tarixində Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) növbəti işgüzar səhər yeməyi baş tutub.

 

Tədbirdə Türkiyə Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Prof.Dr. Birol Akgün, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, millət vəkili Ceyhun Məmmədov, Türkiyə Səfirliyinin katibi Fatih Kara, müvafiq müşavirliklərinin nümayəndələri, sahibkarlar, o cümlədən ATİB üzvləri iştirak ediblər.

 

Açılış nitqi ilə çıxış edən ATİB İdarə Heyətinin sədri Mürsəl Rüstəmov Birliyin üzvləri arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi istiqamətində həyata keçirilən təşəbbüslərdən bəhs edib. İdarə Heyətinin sədri nitqində dövlət və ictimai xadimlərin bu kimi tədbirlərdə iştirakının sahibkarların fəaliyyətinin stimullaşdırılmasına və biznes mühitinin inkişafına töhfə verdiyini diqqətə çatdırıb, Türkiyə Səfirliyinə və millət vəkili Ceyhun Məmmədova təşəkkürünü bildirib.

 

Səfir Prof. Dr. Birol Akgün, millət vəkili Ceyhun Məmmədov və ATİB İdarə Heyətinin üzvü Rüfət Əliyev çıxışlarında iki ölkə arasında mövcud əlaqələrin daha da dərinləşməsi, iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə sahibkarların fəaliyyətinə dəstək göstərilməsinin önəmini vurğulayıblar.

 

Müstəqilliyimizin əldə olunması və qorunması uğrunda indiyə qədər çox qurbanlar verildiyini xatırladan Azərbaycan Silahlı Qüvvələrin mayoru, İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov çıxışında bu dəyərləri yaşatmaq və bizə əmanət kimi çatdırılmış dövlətimizin rifahının qorunması üçün hər bir sahibkarı yenilikçi və milli maraqlara xidmət edən fəaliyyət sərgiləməyə çağırıb.

 

Daha sonra ATİB üzvləri “Sirab Satış və Dağıtım MMC-nin direktoru Mehmet Alper Yaycılı, “Qarabağ Aqro 44” MMC-nin Layihə rəhbəri Ərəstun Qarayev, “Mentor Pro” MMC-nin təsisçisi Şəhla İbrahimova və “Panço Azərbaycan” MMC-nin direktoru Mirəziz Mənsimov Şirkətlərinin fəaliyyətləri və yeni layihələri ilə bağlı təqdimat ediblər.

 

Təqdimat edən üzvlərə üzvlük plaketləri təqdim olunub.

 

Tədbirin rəsmi hissəsinin sonunda cənab səfir Prof.Dr. Birol Akgünə ATİB-in fəaliyyətinə göstərdiyi daimi diqqətə görə təşəkkür ifadəsi olaraq xatirə hədiyyəsi təqdim edilib.                                                                                                   

Paylaş
Baxış sayı:
Baxış sayı
106
Tarix:
Tarix
18/10/2025
WhatsApp icon