earth-for-language az
Qeydiyyat
Qeydiyyat

Azərbaycan-Türkiyə İş Adamları Birliyinin üzvü Evrika Beynəlxalq Elm və Texnologiya Liseyində Türkiyə Cümhuriyyətinin yaranmasının 102-ci ildönümünə həsr edilmiş bayram tədbiri keçirilib.

azerbaycan-turkiye-is-adamlari-birliyinin-uzvu-evrika-beynelxalq-elm-ve-texnologiya-liseyinde-turkiye-cumhuriyyetinin-yaranmasinin-102-ci-ildonumune-hesr-edilmis-bayram-tedbiri-kecirilib-1

28 oktyabr 2025-ci il tarixində Azərbaycan-Türkiyə İş Adamları Birliyinin  üzvü Evrika Beynəlxalq Elm və Texnologiya Liseyində Türkiyə Cümhuriyyətinin yaranmasının 102-ci ildönümünə həsr edilmiş bayram tədbiri keçirilib.



Tədbirdə Millət vəkilləri Ceyhun Məmmədov və Jalə Əliyeva, ATİB İdarə Heyətinin sədri Mürsəl Rüstəmov, İdarə Heyətinin üzvü Seymur Bünyatov, Birliyin üzvləri Eyyub Cavanşir və Aqşin Hüseynov, MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli, Beynəlxalq Demokratlar Birliyinin nemayəndələri Hasan Cengiz, Aynur Kumcu və Afife Əsgərova Kazancı, TUİB İdarə Heyətinin üzvü Yılmaz Nalkıran, Gəncliyə Yardım Fondunun nümayəndələri Qoşqar Abbasov və Elnur Hacıyev , eləcə də təhsil ocağının müəllim və valideyn heyəti iştirak ediblər.



Açılış nitqi ilə çıxış edən Evrika Liseyinin direktoru Ofelya Muradova, Liseyin Türk bölməsinin müdiri Nazan Akkoyun və Filial müdiri Elvin Bədirov günün Türkiyə dövlətçilik tarixi üçün əhəmiyyətindən bəhs edib, Liseyin şagirdlərinə vətənpərvərlik və türkçülük ruhunun aşılanması istiqamətində həyata keçirdiyi fəaliyyətlərdən danışıblar.


Millət vəkili Jalə Əliyeva Türk dünyasının iki böyük liderinin – Mustafa Kamal Atatürk və Heydər Əliyevin illər əvvəl söylədikləri şüarların bu gün artıq xalqlarımız üçün bir qardaşlıq prinsipinə çevrildiyini qeyd edərək Türk dünyasının gələcək qurucuları olan bu günün gənclərinə müqəddəs yolda uğur arzulayıb.



Hər bir ölkənin gələcəyinin onun təhsil səviyyəsindən bilavasitə asılı olduğunu vurğulayan millət vəkili Ceyhun Məmmədov öz növbəsində təhsil müəssisələrinin də uşaq və gənclərə mənəvi dəyərlərin aşılanmasına səy göstərməli olduğunu qeyd edib.



ATİB İdarə Heyətinin sədri Mürsəl Rüstəmov bu kimi təşəbbüslərin davamlı şəkildə həyata keçirilməsinin gənclərin türkçülük ruhunda formalaşmasına mühüm töhfə verdiyini vurğulayaraq Liseyə fəaliyyətində uğurlar arzulayıb.



MÜSİAD İdarə Heyətinin sədri Rəşad Cabirli məktəblərdə əlamətdar tarixi hadisələrin qeyd edilməsinin mədəni irsin gənclərə təbliğində və tarixi yaddaşın gücləndirilməsində mühüm rol oynadığını qeyd edib.



Tədbirin bədii hissəsində Liseyin şagirdlərinin ifasında mahnı və rəqs kompozisiyaları nümayiş olunub.

Paylaş
Baxış sayı:
Baxış sayı
5
Tarix:
Tarix
28/10/2025
WhatsApp icon