earth-for-language az
Qeydiyyat
Qeydiyyat

Azərbaycan-Türkiyə İş Adamları Birliyinin üzvü Evrika Beynəlxalq Elm və Texnologiya Liseyində Zəfər Gününün beşinci ildönümünə həsr edilmiş bayram tədbiri keçirilib.

azerbaycan-turkiye-is-adamlari-birliyinin-uzvu-evrika-beynelxalq-elm-ve-texnologiya-liseyinde-zefer-gununun-besinci-ildonumune-hesr-edilmis-bayram-tedbiri-kecirilib-1

6 noyabr 2025-ci il tarixində  Azərbaycan-Türkiyə İş Adamları Birliyinin üzvü Evrika Beynəlxalq Elm və Texnologiya Liseyində Zəfər Gününün beşinci ildönümünə həsr edilmiş bayram tədbiri keçirilib.


Tədbirdə ATİB İdarə Heyətinin üzvü Rafiq Qarayev, Birliyin üzvü Aqşin Hüseynov, ehtiyatda olan general-mayor Səxavət Salmanov, Vətən müharibəsi qazisi, polkovnik-leytenant İbrahim Orucəliyev, Bolu Abant İzzet Baysal Üniversitetinin professoru Himmet Karadal, qazilər, eləcə də təhsil ocağının müəllim və valideyn heyəti iştirak ediblər.



Açılış nitqi ilə çıxış edən Liseyin Filial müdiri Elvin Bədirov artıq 5-ci ildönümünü qeyd etdiyimiz şanlı Zəfərin xalqımızın birliyinin, sarsılmaz iradəsinin və milli qürurunun təntənəsi olduğunu bildirib.



Tədbirin təşkilində fəal iştirak edən şagirdlərə, müəllimlərə və bütün iştirakçılara minnətdarlığını ifadə edən Rafiq Qarayev bu kimi təşəbbüslərin uşaq və yeniyetmələrə dövlətçilik və məsuliyyət hissinin aşılanmasında mühüm rol oynadığını diqqətə çatdırıb.



Çıxışında möhtəşəm Zəfərin Azərbaycan xalqının müasir tarixində yeni bir mərhələnin başlanğıcı, milli özünüdərkin və azadlıq iradəsinin rəmzi olduğunu qeyd edən Səxavət Salmanov bu tarixi hadisənin dövlətimizin möhkəmlənməsi və milli birliyin daha da güclənməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.



Vətənpərvərlik duyğusunun gənc nəslin mənəvi cəhətdən formalaşmasının əsas istiqamətlərindən biri olduğunu diqqətə çatdıran İbrahim Orucəliyev bu dəyərlərin uşaqlara erkən yaşlardan aşılanmasını ölkənin sabahına qoyulan ən dəyərli sərmayə adlandırıb.



Himmet Karadal çıxışında bu qələbənin Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinə, regionda sülhün və sabitliyin təmininə mühüm töhfə verdiyini qeyd edib.



Tədbirin bədii hissəsində Liseyin şagirdlərinin ifasında mahnı və rəqs kompozisiyaları nümayiş olunub.

Paylaş
Baxış sayı:
Baxış sayı
22
Tarix:
Tarix
06/11/2025
WhatsApp icon