19 may 2024-cü il tarixində Bakı Türk Anadolu Liseyində Türkiyə Cümhuriyyətinin milli bayramlarından biri olan – Atatürkü Anma, Gənclik və İdman Bayramı münasibətilə rəsmi tədbir keçirilmişdir. Tədbirdə Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Prof. Dr. Birol Akgün, Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri cənab Ufuk Turqaner, səfirliyin əməkdaşları, Azərbaycanda fəaliyyət göstərən türk iş adamları, elmi və təhsil müəssisələrinin təmsilçiləri, ictimaiyyət nümayəndələri, həmçinin Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin sədri cənab Mürsəl Rüstəmovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmişdir.
Tədbir çərçivəsində liseyin şagirdlərinin iştirakı ilə musiqi və rəqs kompozisiyalarından ibarət bədii proqram təqdim olunmuşdur. Bayram münasibətilə təşkil olunan bu tədbir Azərbaycan-Türkiyə qardaşlığının təhsil və mədəniyyət sahəsindəki vəhdətini bir daha nümayiş etdirmişdir.