earth-for-language az
Qeydiyyat
Qeydiyyat

Dövlət Miqrasiya Xidmətinin 19-cu ildönümündə miqrasiya sahəsində əməkdaşlığa dair görüş keçirilib.

dovlet-miqrasiya-xidmetinin-19-cu-ildonumunde-miqrasiya-sahesinde-emekdasliga-dair-gorus-kecirilib-1

12 mart 2026-cı il tarixində Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 19-cu ildönümü ilə əlaqədar olaraq Xidmətin Aparatında “Miqrasiya sahəsində dövlət və qeyri-dövlət tərəfdaşlığı: əməkdaşlıq mexanizmləri və perspektivlər” mövzusunda görüş keçirilib.



Görüşdə Dövlət Miqrasiya Xidməti yanında fəaliyyət göstərən İctimai, Məşvərət və Miqrant Şuralarının üzvləri, o cümlədən Azərbaycan-Türkiyə İş Adamları Birliyi İdarə Heyətinin üzvü Lamiyə Bayramova iştirak ediblər.



Tədbir iştirakçılarını salamlayan Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov ölkəmizin mütərəqqi miqrasiya idarəçiliyinin daha da gücləndirilməsi istiqamətində ötən dövr ərzində beynəlxalq və yerli tərəfdaşlarla birgə görülmüş işlər, nailiyyətlər və yeni çağırışlar barədə məlumat verib. Vüsal Hüseynov müasir dövrdə miqrasiya idarəçiliyinin yalnız dövlət qurumlarının məsuliyyəti ilə məhdudlaşmadığını, eyni zamanda ictimai təşkilatlar, özəl sektor və miqrant icmalarının birgə fəaliyyətini tələb etdiyini qeyd edib.



Daha sonra tədbir çərçivəsində İctimai, Məşvərət və Miqrant Şuralarının üzvlərinin iştirakı ilə mövcud dialoq mexanizmlərinin təkmilləşdirilməsi, şuralararası əməkdaşlığın inkişaf perspektivləri, ölkəmizin miqrasiya idarəçiliyində “ümumcəmiyyət yanaşması”nın daha səmərəli tətbiqi imkanları, eləcə də miqrasiya idarəçiliyində mövcud məsələlərin həlli istiqamətlərində müzakirələr keçirilib.



Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Paylaş
Baxış sayı:
Baxış sayı
13
Tarix:
Tarix
12/03/2026
WhatsApp icon