earth-for-language az
Qeydiyyat
Qeydiyyat

İyunun 11-də TÜRKPA Beynəlxalq Katibliyinin və Dünya Türk İş Şurasının (DTİK) Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı, Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin dəstəyi ilə “DTİK Bakı Görüşü” keçirilib.

İyunun 11-də TÜRKPA Beynəlxalq Katibliyinin və Dünya Türk İş Şurasının (DTİK) Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı, Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin dəstəyi ilə “DTİK Bakı Görüşü” keçirilib.

1-ci Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd olunması çərçivəsində təşkil edilən tədbir Türk dünyasının mədəni irsinin təbliği, iqtisadi əməkdaşlığa dair yanaşmanın formalaşdırılması, işgüzar əlaqələrin genişləndirilməsi, həmçinin türk dövlətləri arasında mədəni və iqtisadi inteqrasiyanın gücləndirilməsi məqsədlərini daşıyıb.

Tədbirdə türk dövlətlərinin diplomatik nümayəndəliklərinin rəhbərləri, dövlət qurumlarının nümayəndələri, Azərbaycan Respublikasında fəaliyyət göstərən türk sahibkarları və qeyri-hökumət təşkilatlarının nümayəndələri eləcə də Azərbaycan-Türkiyə İş Adamları Birliyinin İdarə Heyətinin sədri Mürsəl Rüstəmov, İdarə heyətinin sədr müavini Alper Yaycılı və birliyin üzvləri iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən DTİK-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Barış Altıparmak, TÜRKPA-nın Baş katibi Ramil Həsən və Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Prof. Dr. Birol Akgün çıxışlarında Türk dünyasında siyasi, iqtisadi və parlamentlərarası əməkdaşlığın gücləndirilməsinin, Türk Dövlətləri Təşkilatının strateji rolunun və ortaq dəyərlər əsasında inteqrasiyanın əhəmiyyətini vurğulayıblar.

Tədbir iştirakçıları türk dövlətləri arasında əməkdaşlığın və əlaqələrin daha da gücləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

Proqram çərçivəsində Azərbaycan bəstəkarı və pianoçu Turan Manafzadənin konserti, eləcə də rəsm sərgisi nümayiş etdirilib.

Paylaş
Baxış sayı:
Baxış sayı
9
Tarix:
Tarix
11/06/2026
WhatsApp icon