earth-for-language az
Qeydiyyat
Qeydiyyat

İyunun 13-də Bakıda Şimali Kipr Türk Respublikasının Mədəniyyət Günlərinin açılış mərasimi keçirilib.

iyunun-13-de-bakida-simali-kipr-turk-respublikasinin-medeniyyet-gunlerinin-acilis-merasimi-kecirilib-1

İyunun 13-də Bakıda Şimali Kipr Türk Respublikasının Mədəniyyət Günlərinin açılış mərasimi keçirilib.

Tədbirdə Şimali Kipr Türk Respublikasının Baş naziri Ünal Üstel, Baş nazirin müavini və turizm, mədəniyyət, gənclər və ətraf mühit naziri Fikri Ataoğlu və Azərbaycan Milli Məclisinin Azərbaycan-Şimali Kipr Türk Respublikası parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun sədri Cavanşir Feyziyev, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Prof.Dr Birol Akgün, Şimali Kipr Türk Respublikasının Azərbaycandakı mümayəndəliyinin rəhbəri Ufuk Turganer, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud, səfirliyin əməkdaşları, Azərbaycanda fəaliyyət göstərən türk iş adamları, elm və təhsil müəssisələrinin və ictimaiyyətin nümayəndələri, o cümlədən Azərbaycan-Türkiyə İş Adamları Birliyinin İdarə Heyətinin sədri Mürsəl Rüstəmov və İdarə Heyətinin üzvü Seymur Bünyatov iştirak ediblər.

Tədbirdə çıxış edənlər qeyd ediblər ki, Azərbaycan ilə Şimali Kipr Türk Respublikası arasında müxtəlif sahələr üzrə fəaliyyət göstərən işçi qrupları əməkdaşlığın inkişafına əhəmiyyətli töhfə verir, mədəniyyət və incəsənət sahəsində isə birgə layihələrin həyata keçirilməsi əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir.

Sonra Şimali Kipr Türk Respublikasının incəsənətini və milli-mənəvi dəyərlərini əks etdirən musiqi nömrələri nümayiş olunub.

Paylaş
Baxış sayı:
Baxış sayı
8
Tarix:
Tarix
13/06/2026
WhatsApp icon